TİBBİ MARKETİNQ YALANLARI +VİDEO




Dəyərli həkimlər! SMM fırıldaqçılarından ehtiyyatlı olun ki, qurunun oduna yaş da yanmasın!
"Sizi filan qədər izlənməsi olan səhifələrdə "reklam" edirik" cümlələriylə başlayan, işi-gücü dolandırıcılıq olan sosial media fırıldaqçılarına aldanmayın.
1. Həkim üçün hər şeydən öncə həkimlik xarizması olmalıdır. Səviyyəsiz paylaşımılar edilərək "like" yığan səhifələr sizə mənfi imicdən başqa heçnə qazandırmayacaq.Əksinə, xarizma ilə yanaşı maddi itkiyə uğrayacaqsınız.
2. Səhifələrin əksəriyyəti feyk "like" və "follow"lardan ibarətdir. Bunun üçün səhifənin paylaşım səviyyəsiylə yanaşı paylaşımlara yazılan rəylərə diqqət edin. Misal 100 min bəyənməsi olan səhifəyə 20 altında rəy yazılırsa şübhələnməyə əsas var deməkdir. Yəni "like" önəmli deyil "comment" önəmlidir.
3. Unutmayın ki, siz özünüz belə tibbi mövzuda axtarış aparmaq istədikdə Youtube-a üz tutursunuz. Eyni zamanda müasir izləyici oxumaqdan çox izləməyə üstünlük verir. Odur ki, Youtube dan başqa sosial portallara ayrılan məbləğ itki deməkdir.
4. Facebook və İnstagramda sponsorlu reklama qoyduğunuz postun məzmununa diqqət edin. Aksiya və endirim tipli postlara daha çox üstünlük verin.
5. Profilinizlə axtarış verərək öz videonuzu ilk cərgədə görməyinizə aldanmayın. Başqa profildən axtarış verərkən videonuz axtarış nəticələrində görünməyə bilər. Youtube üzərindən paylaşım edərkən öz kanalınızla yanaşı tibbi mövzular paylaşan aktiv kanala da müraciət edin. Çünki tibbi mövzuları paylaşan aktiv kanallar axtarış zamanı Youtube un öncəliyidir.
6. Peşəkar həkim üçün keyfiyyət hər zaman ön planda olmalıdır. Video çəkiliş zamanı əməkdaşlıq etdiyiniz şirkətlərdən səs, görüntü və videonu ifadə edən yazıların keyfiyyətli olmasını tələb edin. İzləyici həkimin peşəkarlığını izlədiyi video ilə müəyyən edir.
Video anlatım linki




Yorumlar